backend

İki Azərbaycan vətəndaşı Gürcüstandan sığınacaq istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ilin yanvar ayından iyun ayınadək iki Azərbaycan vətəndaşı Gürcüstandan sığınacaq istəyib.
 
Cari ilin mayın 31-nə olan statistik məlumata əsasən, ümumilikdə 365 xarici vətəndaş Gürcüstandan sığınacaq üçün müraciət edib.
Sığınacaq üçün müraciət etmiş xarici vətəndaşlar arasında birinci yerdə İraq vətəndaşlarıdır – 75 nəfər.
İkinci pillədə Misirdir. İlin əvvəlindən 51 Misir vətəndaşı Gürcüstandan sığınacaq almaq məqsədilə müraciət edib.
Siyahıda üçüncü, dördüncü və beşinci yerləri müvafiq olaraq İran (44 nəfər), Türkiyə (29 nəfər) və Rusiya vətəndaşları (24 nəfər) tutur.
//APA