Antalya şəhərinin Belek bölgəsində əyləncə mərkəzlərinin birində şoudan öncə məşq edən 3 kolumbiyalı akrobat 12 metr yüksəklikdən yerə yıxılıb.
hadisə nəticəsində 37 yaşlı Angeliqe Suarez dünyasını dəyişib, digər 2 nəfər xəsarət alıb.
Suarezin təxminən 3 aydır Türkiyədə çalışdığı, cənazəsinin ölkəsinə göndərildiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, akrobatın ölüm xəbəri Türkiyə mətbuatından gizli saxlanılıb. Belə ki, Suarezin faciəvi ölümü Kolumbiyada səs-küylə qarşılanıb. Televiziyalar xəbəri Antalya ilə canlı bağlantı quraraq izləyicilərə çatdırıblar. Daha sonra bu xəbər Türkiyə mətbuatında yayılıb.
//qafqazinfo