Azərbaycanlı biznesmenin oğlu “Rusiyanın ən varlı varisi” oldu – 21,8 milyardbackend

Azərbaycanlı biznesmenin oğlu “Rusiyanın ən varlı varisi” oldu – 21,8 milyard

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Lukoyl” şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərovun 29 yaşlı oğlu Yusif Ələkbərov Rusiyanın ən varlı varisi seçilib.
İş adamının 2019-cu ilin aprel ayına qədər оlan var-dövləti 21,8 milyard dollar dəyərində hesablanıb. “Forbes” jurnalının siyahısında artıq dördüncü ildir yer alan Yusif “Rusiyanın ən varlı varisləri”ndəndir.
V.Ələkbərovun vəsiyyətinə əsasən o, dünyasını dəyişəndə bütün var-dövləti yeganə oğlunun adına keçəcək. Yusif özü də bizneslə məşğuldur. O, neftdaşıma şirkətində çalışır və “Mercedes-Benz”in Rusiyadakı rəsmi dilleridir. Eyni zamanda spirtsiz içki istehsal edən zavodu var.
“Forbes”in siyahısında 48 varisin adı yer alıb. Yusifdən sonra ikinci yerdə “Sibur” və “Novatek” şirkətinin sahibi Leonid Mihelsonun övladları – qızı Viktoriya və 2015-ci ildə dünyaya gəlmiş, heç vaxt fotosu və adı yayımlanmayan oğlu qərarlaşıb. Varislərin hər birinin payına 12,2 milyard dollar düşür. Yəni, iş adamı 24,4 milyard dollara sahibdir.
Siyahıda üçüncü yerdə “NLMK” şirkətinin sahibi Vladimir Lisinin 3 varisi yer alıb. Var-dövlətini uşaqları arasında bölən biznesmen onların hərəsinə 7,6 milyard dollar sərvət verib.
Qeyd edək ki, Yusif ötən il 17 milyard dollar dəyərində var-dövləti ilə siyahıda yenə birinci olmuşdu.
///Axşam.az