Bakıda dəhşətli qətl: 59 yaşlı kişinin boğazını evində kəsdilərbackend

Bakıda dəhşətli qətl: 59 yaşlı kişinin boğazını evində kəsdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Editor.az Olke.az-a istinadən xəbər verir ki, hadisə rayonun Müşfiq qəsəbəsində baş verib. Qəsəbə sakini 59 yaşlı Xələfov Şamil Səristan oğlu öz evində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanada Xələfovun boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişdiyi məlum olub.

Hadisə barədə rayon hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.