ABŞ Türkiyəyə qarşı SENSASİON QANUN QƏBUL ETDİ: Şimali Kiprin işğalı və…backend

ABŞ Türkiyəyə qarşı SENSASİON QANUN QƏBUL ETDİ: Şimali Kiprin işğalı və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyası Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi alacağı təqdirdə sanksiyaların tətbiq olunmasını və F-35 proqramından çıxarılmasını ehtiva edən qanun layihəsini təsdiq edib.

layihənin müəllifi FETÖ terror təşkilatı ilə birgə işləyən və onlara qarşılıqsız dəstək verən senator Eliot Engeldir.

Qanun layihəsində rəsmi Ankara Rusiya və İranla yaxın münasibətlər qurmaq və Şimali Kipri işğal etməkdə ittiham olunur.

Qanun layihəsini həm Respublikaçılar, həm də Demokratlar Partiyasının senatorları dəstəkləyib və S-400 müdafiə komplekslərinin alışının ləğv edilməsi ilə bağlı çağırış ediblər.

“Türkiyə Amerika ilə əhəmiyyətli regional maraqları paylaşır. Lakin Rusiya və İranla əməkdaşlıq etməsi, Şimali Kiprin işğalı, demokratik normalar və qurumlardan uzaqlşaması, azad mətbuata hücumlar, ABŞ vətəndaşlarının və səfirlik işçilərinin haqsız şəkildə həbs olunması ABŞ-Türkiyə münasibətlərini son dərəcə çətin vəziyyətə gətirir”, – qanunda qeyd olunub.