Tramp bu şəxsi təhqir etdi: Daş kimi kütdür!

15:32 | 24 May, 2019

“ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Reks Tillersonu küt adlandırıb”.

o, bunu öz “Twitter” səhifəsində yazıb.

D.Tramp bildirib ki, R.Tillerson Rusiya Prezidenti Vladimir Putinin ondan daha hazırlıqlı olması barədə hekayə uydurub:

“Reks Tillerson daş kimi küt bir adamdır və dövlət katibi vəzifəsinə qətiyyən uyğun biri deyil. O hekayə uydurub ki, guya mənim 2017-ci ilin iyulunda Hamburqda Putinlə görüşüm zamanı, o məndən daha hazırlıqlı olub. Hesab etmirəm ki, Putin bu fikirlə razılaşar”.

Qeyd edək ki, Donald Tramp Reks Tillersonu ötən ilin martında dövlət katibi vəzifəsindən azad etmişdi.