Rotşildlərlə qonşuluq 13 milyon avroya başa gələcəkbackend

Rotşildlərlə qonşuluq 13 milyon avroya başa gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Rotşild villasının qonşuluğunda yerləşən on doqquzuncu əsrə aid “Edge Road” adlı ev satışa çıxarılıb.

obyekt Kannın ingilis məhəlləsində yerləşir. Ümumi sahəsi 628 kvadrat metr olan evin dəyəri 13,5 milyon avrodur. 1865-ci ilə aid olan bu tikiliyə üç qonaq, hər birinin öz vanna otağı və qarderobu da daxil olmaqla doqquz yataq otağı, yemək zalı və bir sıra köməkçi otaqlar da daxildir.

Evdə üç mərtəbə var. Bu mərtəbələrlə həm pillələrlə, həm də liftlə qalxmaq olur. Ərazidə çarhovuz, 50 metrlik bağ evi, eləcə də şəxsi parkinq var.

Qeyd edək ki, qonşuluqda yerləşən Rotşild villası Kannın ən məşhur memarlıq abidələrindən biridir. Bina İngiltərədən gələn zənginlərin məskunlaşmaq üçün üstünlük verdikləri kurort rayonunda yerləşir və XX əsrin əvvəlində neoklassik üslubda tikilib. Hazırda binada şəhər kitabxanası yerləşir.

//oxu.az