Türkiyədə həbs olunan gəminin dənizçiləri Rusiyaya qayıtdıbackend

Türkiyədə həbs olunan gəminin dənizçiləri Rusiyaya qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin iyununda Rusiyadan olan ekipajla təmir üçün İstanbula gələn və borc səbəbindən limanda saxlanılan “Streamline” yük gəmisinin 6 rusiyalı dənizçisi 24 mayda sərbəst buraxılıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğu məlumat yayıb.

Məlumata görə, onlar artıq vətənlərinə qayıdıblar.

Xatırladaq ki, “Streamline” gəmisi əvvəlki sahibinin borclarına görə 2018-ci ilin iyununda İstanbulda türk şirkəti olan “Alpex”in tələbi ilə həbs edilib.  “Alpex” daha öncə gəminin təmirinə xərclədiyi 190 min dolların qaytarılmasını tələb edib.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!