Ötən ilin iyununda Rusiyadan olan ekipajla təmir üçün İstanbula gələn və borc səbəbindən limanda saxlanılan “Streamline” yük gəmisinin 6 rusiyalı dənizçisi 24 mayda sərbəst buraxılıb.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğu məlumat yayıb.
Məlumata görə, onlar artıq vətənlərinə qayıdıblar.
Xatırladaq ki, “Streamline” gəmisi əvvəlki sahibinin borclarına görə 2018-ci ilin iyununda İstanbulda türk şirkəti olan “Alpex”in tələbi ilə həbs edilib. “Alpex” daha öncə gəminin təmirinə xərclədiyi 190 min dolların qaytarılmasını tələb edib.