Baş nazirin müavini: Azərbaycan hökuməti lazımi addımlar atacaq

13:03 | 25 May, 2019

Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov deyib

Ə.Əhmədov bildirib ki, məcburi köçkünlərin yaşadığı ictimai binalarda bir neçə dəfə xoşagəlməz hadisələr baş verib: “Məcburi köçkünlərin yaşadığı ictimai binalarda bur neçə dəfə yanğın olub və bizim keçirdiyimiz baxışlar nəticəsindəgəldiyimiz qənaət ondan ibarətdir ki, onlar hələ ki, həmin binalarda məskunlaşmağa məcburdurlar. Təbii ki, onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu xeyli vaxt aparır. Təbiidir ki, onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır, təhlükəli vəziyyət olan yerlər haqqında artıq bizdə səhih məlumatlat var. Azərbaycan hökuməti yaranmış vəziyyətin həm təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq. İmkan daxilində məcburi köçkünlərin məşiət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək.

//Trend