21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcəkbackend

21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa İttifaqında (Aİ) Avropa Parlamentinə seçkilərdə səsvermənin əsas mərhələsi keçiriləcək.

Avropa İttifaqına daxil olan 7 ölkənin (Niderland, Böyük Britaniya, İrlandiya, Çexiya, Slovakiya, Latviya və Malta) vətəndaşları 23-25 may tarixlərində artıq səs veriblər.

Bu gün səsvermə digər 21 ölkədə keçiriləcək. Səsvermənin nəticələri mayın 26-sı axşam saatlarında elan ediləcək.

Avropa Parlamentinə növbəti müddət üçün (2019-2024) 751 deputat seçiləcək. Hər ölkədən deputatların sayı əhalinin sayına görə təyin edilib. Ən çox deputat mandatı Almaniyada – 96, ən az isə Kipr, Malta və Lüksemburqdadır – 6.

//Trend

Facebook Notice for EU! You need to login to view and post FB Comments!