Litvada prezident seçilir

11:43 | 26 May, 2019

Litvada bu gün prezident seçkilərinin ikinci turu keçiriləcək. Prezident seçkilərinin ikinci turu heç bir namizəd qələbə üçün labüd 50% səsi toplaya bilmədiyinə görə birinci mərhələdən iki həftə sonra keçirilir.

ikinci mərhələyə sabiq maliyyə naziri İnqrida Şimonite və 54 yaşlı iqtisadçı Gitanas Nauseda keçib. Onlar müvafiq olaraq 31,12% və 30,94% səs toplaya biliblər.

Qeyd edək ki, Litvanın indiki prezidenti Dalya Qribauskayte artıq ikinci müddətdir ki, dövlət başçısı vəzifəsini icra etdiyi üçün namizədliyini irəli sürə bilmir.

Seçki məntəqələri yerli vaxtla 07:00-dan 20:00-dək açıq olacaq.

//Oxu.az