“Sabah”da daha bir BİABIRÇILIQ – Futbolçu toyuna görə komandadan uzaqlaşdırıldı

17:19 | 26 May, 2019
Sportlife.az-ın əldə etdiyi məlumata görə, Tərlan 1 ay qabaqcadan klub rəhbərliyinə özünə toy edəcəyini deyib və həmin gün üçün icazə alıb. Bu, “Keşlə” ilə Premyer Liqanın 26-cı turda baş tutan oyun gününə təsadüf edib. Hansı ki, Saşa Stamenkoviç zədəli olduğu üçün, həmin oyunda komandasına kömək edə bilmirdi.

Baş məşqçi Elşad Əhmədov bir müddət əvvəl 3-cü qapıçı kimi transfer etdikləri Əmirhüseyn Nəcəfini meydana buraxmaq istəmədiyindən Tərlan Əhmədliyə oyuna hazırlaşması üçün göstəriş verib. Tərlan isə bu barədə əvvəlcədən klubdan razılıq aldığını və bu müddətə toy gününü danışdığını, həmin gün bəy stolunda oturmalı olduğunu bildirib. Klub rəhbərliyi isə Tərlandan toyu təxirə salmasını tələb edib, əks halda ona klubdan uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıq edilib. Tərlan isə bunun mümkünsüz olduğunu deyib. Bu üzdən də Tərlan klubdan uzaqlaşdırılacaq futbolçular siyahısına düşüb.

//Editor.az