“Sabah”ın gənc qapıçısı Tərlan Əhmədlinin özünə toy etməsi onun komandadan uzaqlaşdırılması ilə nəticələnib.
Baş məşqçi Elşad Əhmədov bir müddət əvvəl 3-cü qapıçı kimi transfer etdikləri Əmirhüseyn Nəcəfini meydana buraxmaq istəmədiyindən Tərlan Əhmədliyə oyuna hazırlaşması üçün göstəriş verib. Tərlan isə bu barədə əvvəlcədən klubdan razılıq aldığını və bu müddətə toy gününü danışdığını, həmin gün bəy stolunda oturmalı olduğunu bildirib. Klub rəhbərliyi isə Tərlandan toyu təxirə salmasını tələb edib, əks halda ona klubdan uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıq edilib. Tərlan isə bunun mümkünsüz olduğunu deyib. Bu üzdən də Tərlan klubdan uzaqlaşdırılacaq futbolçular siyahısına düşüb.
//Editor.az