Qadın həmcinsinin boğazını kəsdi – Azərbaycanda dəhşətli qətlbackend

Qadın həmcinsinin boğazını kəsdi – Azərbaycanda dəhşətli qətl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib və müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirlərilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKU.WS