Maliyyə naziri Avstriya Kanslerinin vəzifəsini müvəqqəti icra edəcək

09:26 | 28 May, 2019

Avstriyanın hazırkı Kansleri Sebastyan Kurtsun höküməti vəzifəsindən azad ediləcək.

bunu Avstriya prezidenti Aleksand van der Bellen deyib.

Onun sözlərinə görə, Avstriya Kanslerinin vəzifəsini ölkənin maliyyə naziri Hartviq Lyöger müvəqqəti icra edəcək.

Qeyd edək ki, Avstriya parlamenti ötən gün S.Kurtsun rəhbərlik etdiyi hökümətə etibar etmədiyini bəyan edib.

Hazırkı hökümət ölkə prezidenti qərar verənə qədər hakimiyyətdə qalır.

//Trend