Almaniyada “şəriət polisləri” cəzalandırıldı

09:47 | 28 May, 2019

Almaniyanın Vuppertal şəhərinin torpaq məhkəməsi özlərini “şəriət polisləri” adlandıran 7 nəfəri cərimələyib.

“Şəriət polisləri” yerli hakimiyyət orqanlarının icazəsi olmadan şəhərin küçələrində patrul xidməti göstərərək, şəhər sakinlərini haramdan uzaq durmağa, içki, narkotik və qumar oyunlarından çəkinməyə çağırıblar. Onlar bunun üçün xüsusi uniforma geyiniblər.

27-37 yaşlarında olan 7 kişi 300-1800 avro məbləğində cərimələnib. Məhkəmənin qərarına görə, onlar məqsədönlü şəkildə qorxuducu effekt yaratmaq üçün uniforma geyiniblər və Yaxın Şərqdə zorakılıq aktı törədən qruplşamlara bənzəyiblər.

Məhkəmə işi hələ 2014-cü ildə açılsa da, 2018-ci ildə Federal Məhkəmə Palatası məsələni yenidən gündəmə gətirib. Məhkəmənin son qərarına yenidən baxılacağı bildirilib.

//oxu.az