Bakıda 18 yaşlı oğlan özünü niyə öldürdü? – Evə zəng edib, ona gitarasını gətirmələrini xahiş edibbackend

Bakıda 18 yaşlı oğlan özünü niyə öldürdü? – Evə zəng edib, ona gitarasını gətirmələrini xahiş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşılıqsız sevgi gənc oğlanı intihara sövq edib.

Bu barədə  Nizami Rayon Prokukorluğundan məlumat verilib.

Xatırladaq ki, 26 may 11:30 radələrində Qara Qarayev prospektində yerləşən 16 mərtəbəli yaşayış evinin doqquzuncu mərtəbəsinin eyvanından Şirvan sakini, 18 yaşlı Şahin Hafiz oğlu Hüseynov özünü atıb.

Son dəfə qonaq etdiyi əmisi oğlunun bildirdiyinə görə, intihara səbəb qıza olan sevgisidir. O, aralarında intihardan bir neçə dəqiqə əvvəl oğlanın narahatlıqları barədə danışıq olduğunu bildirib. Qardaşı ona hər şeyi ürəyinə yaxın qəbul etməməyi və ağılsızlıq etməməyi bildirib və digər otağa keçib. Ş.Hüseynov az sonra “Əlvida” deyə qışqırıb və pəncərədən özünü atıb.

Ş.Hüseynovun kompüter proqramları üzrə müəllimi Pərviz Əkbərov oxu.az-a bildirib ki, gənc xəbərlərdə yazıldığı kimi Bakıda fəhlə işləmirdi, Bakıda qonaq idi.

Onun sözlərinə görə, intihar vaxtı onun yanında atasının bacısı oğlu olub. Ş.Hüseynov pəncərənin ağzına oturub, gödəkçəsini çıxarıb, sağollaşıb və özünü aşağıya atıb.

“Şahini balaca vaxtından tanıyırdım, gözümün qabağında böyüyüb. Həmişə hündürlükdən qorxurdu. Ona görə də inanmıram ki, o, intihar etsin. Buna onun doğmaları da inanmır. O, həyatı sevirdi. Dünən yasda idim, orada onun yaxınlarını gördüm. Ölməmişdən əvvəl evə zəng edib, ona gitarasını gətirmələrini xahiş edib” – müəllimi deyir.

Hazırda faktla bağlı araşdırmalar davam edir. Məlumatlara görə, nəticə bunun intihar olduğunu sübut edir.

//Editor.az