Serbiya Kosovodan əlini üzdü – “Nəzarəti itirmişik”backend

Serbiya Kosovodan əlini üzdü – “Nəzarəti itirmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Kosovodakı vəziyyətə nəzarəti itirdiyini qəbul etməlidir.

Bunu parlamentdəki çıxışında prezident Aleksandr Vuçiç deyib. Onun sözlərinə görə, yalan və özünüaldatmaya davam etməkdənsə, Kosova və Metoxiyada Serbiya hökumətinin olmadığını qəbul etmək lazımdır.

Vuçiç, həmçinin bildirib ki, hökumət Kosovo ilə gələcək münasibətini müəyyənləşdirməlidir: münaqişənin dondurulmasını saxlamaq, yoxsa tanınmamış respublika ilə əlaqələri inkişaf etdirmək?

Prezident özü Kosovo ilə əlaqələr qurmaq və münasibətləri yaxşılaşdırmaq tərəfdarı olduğunu bildirib.

//qafqazinfo