backend

Ermənilər Alxanlını tank əleyhinə minalarla vurub – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan tərəfinin Füzuli rayonu Alxanlı kəndini atəşə tutması nəticəsində həyatını itirənlərin meyitlərinin müayinəsi zamanı tank əleyhinə minanın fraqmentləri aşkar olunub.
Bu barədə jurnalistlərə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinqdə bildirib.
O, ermənilərin açdığı atəş nəticəsində iki nəfərin öldürülməsi və bir nəfərin yaralanması faktı ilə bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi açıldığını qeyd edib.
“Bu, ermənilərin dinc əhaliyə qarşı ilk təxribatı deyil. Ermənilər tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı digər hallarla əlaqədar açılmış cinayət işləri üzrə istintaq davam edir”, – E.Sultanov deyib.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.