backend

31 yaşlı gəncin ölümqabağı məktubu: Məni anamın yanında basdırarsınız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Sumqayıtın Corat qəsəbəsində intihar hadisəsi qeydə alınıb.
AZXEBER.COM-un ARB TV-yə istinadən verdiyi məlumata görə, həmin qəsəbənin ev 501 ünvanında yaşayan 1986-cı il təvəllüdlü  Həşimov Emin Rafiq oğlu özünü hamamın tavanından kəndirlə asaraq intihar edib.
İlkin araşdırmalardan sonra məlum olub ki, özünü asaraq intihar edən 31 yaşlı Emin Haşımov əsəb xəstəsi olub və dəfələrlə ruhi-əsəb dispanserində müalicə olunub. Onun asılı vəziyyətdə qalmış meyitini tapan atası Rafiq Haşımov bildirib ki, oğlunun evdə olmadığını görəndə ilk olaraq onun dənizə getdiyini düşünüb. Lakin daha sonra hamama daxil olmaq istəyərkən o, qapının arxadan bağlı olduğunu görüb. Rafiq Haşımov daha sonra qüvvətlə qapını itələyib və arxadakı dirək yerə düşüb. Hamamın işığını yandıran ata oğlunun asılı vəziyyətdə qalmış meyitini tapıb.
Emin Həşimov  həyatına qıymamışdan öncə  məktub da yazıb. O, məktubunda  özünü öldürəcəyini qeyd edib. Məktubda Emin bu sözləri yazıb: “Məni anamın yanında basdırarsınız. Mənim də taleyim bu idi. Saat 13:20-də özümü öldürürəm”.
Mərhumun atası  Rafiq  Həşimov bildirib ki, oğlu anadan xəstəliklə  doğulub. Onda  əsəb və psixi pozğunluq olub, dəfələrlə  ruhi-əsəb xəstəlikləri dispanserində müalicə alıb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.