Dünyanın ən yaxşı futbolçusu Bakıya gəldi

11:05 | 29 May, 2019

2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç Bakıya gəlib.

Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi bu gün Bakı Olimpiya Stadionunda “Arsena”l və “Çelsi” komandaları arasında keçiriləcək Avropa Liqasının final matçını izləyəcək.

Onunla yanaşı, sabiq məşhurlar – portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də Azərbaycan paytaxtındadırlar.

Qeyd edək ki, oyun saat 23:00-da başlayacaq.

//goal.az