“Keçmiş sevgilisi ilə oteldə görüşəcəkdi” – Azərbaycanlı sevgilisini öldürən qatilbackend

“Keçmiş sevgilisi ilə oteldə görüşəcəkdi” – Azərbaycanlı sevgilisini öldürən qatil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Burdur şəhərində azərbaycanlı sevgilisi Qənirə Cabbarovanı qətlə yetirən Halil Acar məhkəməyə çıxarılıb.

məhkəmə prosesində hakimdən 24 yaşlı qatilə ömürlük həbs tələb edilib.

Hail Acar çıxışında Qənirəni mübahisə zəminində öldürdüyünü bildirib:

“Yolda keçmiş sevgililərindən birinin oteldə onu gözlədiyini biləndə mübahisə etdik. Məni ağır söyüşlərlə təhqir etdi. Özümü itirdim və onu bıçaqlamağa başladım”.

Hail Acar Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vurduğunu deyib.

Hakim müttəhimin ittihamlara qarşı müdafiəyə hazırlanması üçün məhkəmə prosesini növbəti tarixədək uzadıb.

Hadisə bu ilin yanvar ayının 2-də baş verib, qatil olay yerində saxlanılıb. Qəsdən adam öldürmə ittihamı ilə saxlanılan Türkiyə vətəndaşı Hail Acara eyni ittihamla cinayət işi açılıb.

//Teleqraf