Qənirə Paşayeva AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çıxış edibbackend

Qənirə Paşayeva AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çıxış edib və gənc alimlərə çağırış səsləndirib.
Editor.az xəbər verir ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda həmin institutun Həmkarlar İttifaqının dəvətilə millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva görüş keçirilib. Görüşdə millət vəkili Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan  Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan iştirak edib. Qonaqları salamlayan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov onların dəvətini qəbul edərək belə bir görüş üçün təşəkkürünü bildirib və institutda belə bir görüşün keçirilməsinin çox önəmli olduğunu deyib, institutun son illər əldə etdiyi uğurlarını xüsusi vurğulayıb, institutun fəaliyyətində qadın və gənc qızların rolu daha da artmalıdır deyib, bunun ölkəmiz üçün vacib olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva görüş iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva bildirib ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun getdikcə artan uğurları hamını çox məmnun edir, özəlliklə institutda çalışan qadınlarımızın sayının və uğurlarının artması məmnuniyyətvericidir. Millət vəkili Q.Paşayeva ziyalı, alim qadınlarımızın elmin inkişafında rolu ilə bərabər, ziyalı kimi cəmiyyətimizin inkişafında önəmli rolu barədə də geniş danışıb və onun daha da genişlənəcəyinə inamını  ifadə edib. Bütün sahələrdə qadınların rolunun genişləndirilməsinin cənab Prezidentin yürütdüyü siyasətdə xüsusi yer tutduğunu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə atılan önəmli addımları xüsusi vurğulayan millət vəkili Q.Paşayeva alim və ziyalı qadınlarımızın gənc qızlar üçüm əsl örnək olduğunu xüsusi vurğulayıb, elmin müxtəlif sahələrində uğurlara imza atmış alim qadınlarımızın gənclərə daha yaxından tanıdılması üçün KİV-lərə çağırış edib: “Elm sahəsindəki qadınlarımız barədə reportaj, proqramların hazırlanması, onların müxtəlif verilişlərə daha çox dəvət olunması, bir sözlə onların cəmiyyətə daha yaxından tanıdılması  böyüyən gənc qızlarımız çox önəmlidir. Elm sahəsi fədakarlıq, böyük zəhmət tələb edir, elm sahəsində çalışan bütün qadınları təbrik edirəm, onlara önəmli fəaliyyətlərində uğurlar diləyirəm. AMEA-da qadınlarımızın rolunun daha da genişlənməsinin şahidi oluruq və inanırıq ki, gələcəyə doğru bu daha da sürətlənəcək. Bütün sahələrdə, dövlətin həyatında, elmdə qadınların rolunun daha genişlənməsi – bu, inkişaf deməkdir və inanırıq ki, elm sahəsinə meyl edən gənc qızlarımız dövlətimizin onlar üçün yaratdığı getdikcə daha da artan imkanlardan istifadə edərək daha da böyük uğurlara imza atacaqlar”.
Millət vəkili Qənirə Paşayeva bildirdi ki, kişi alimlərimiz və qadın alimlərimiz birlikdə bir ziyalı olaraq böyüyən gənclərimizin elmə, biliyə daha çox meylli olması istiqamətində çalışmaları daha da artırmalıyıq, eyni zamanda elm sahəsindəki uğurlarımızın daha da artmasına böyük ehtiyac var və inanırıq ki, birlikdə gənc alimlərimiz dövlətimizin elmə getdikcə daha da artan diqqəti və dəstəyindən yararlanaraq daha da böyük uğurlara imza ata biləcəklər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, həm millət vəkili, həm də ziyalı olaraq hər zaman alimlərimizin yanındadır, onların uğurlarının və fəaliyyətinin KİV-də geniş şəkildə təbliğ olunmasının böyüyən gənc oğlan və qızlarımız üçün vacibliyini vurğulayaraq bu məsələyə xüsusi diqqət yetirilməlidir. Millət vəkili Qənirə Paşayeva AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda uzun illər uğurlu fəaliyyət göstərmiş alimlərimizlə söhbətlərində sizin ölkəmiz və xalqımız üçün fəaliyyətiniz hamımız, xüsusilə minlərlə oğlan və qızlarımız üçün ən gözəl örnəklərdənsiniz deyib. Millət vəkili Qənirə Paşayeva görüş iştirakçılarının suallarını da cavablandırıb.
Tədbirdə çıxış edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının sədri İradə Mirzəzadə çıxış edərək onların dəvətini qəbul edərək belə bir önəmli görüş üçün təşəkkürünü bildirib. Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək hər kəsi 28 may Respublika günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında birliyin güclənməsində alimlərin, ziyalıların, elm ocaqlarının rolu və missiyası barədə geniş danışıb.  Millət vəkili Qənirə Paşayeva və Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan görüş iştirakçılarına müəllifi olduqları kitablarını imzalayaraq hədiyyə ediblər. Millət vəkili Qənirə Paşayeva və onun dəvətilə ölkəmizə səfər edən Türkiyənin tanınmış yazar və jurnalisti Meryem Aybike Sinan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor M.Mərdanov, institutun Həmkarlar İttifaqının sədri İ. Mirzəzadə və institutun qadın təşkilatının rəhbəri ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən Türkiyənin tanınmış yazar və jurnalisti Meryem Aybike Sinan bildirib ki, bütün sahələrdə, o cümlədən elm sahəsində Azərbaycanın tanınmış şəxslərinin və qazandıqları uğurlarıının qardaş Türkiyədə daha geniş tanıdılmasının vacibliyini qeyd edib və bununla bağlı Türkiyədə yazılarla çıxış edəcəyini deyib.