Türkiyədə azərbaycanlı TIR sürücüsünə hökm oxundubackend

Türkiyədə azərbaycanlı TIR sürücüsünə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Çorum bölgəsində təcili yardım maşınına çırpılan TIR sürücüsünə hökm oxunub.

iki il əvvəl baş verən və yük maşınının azərbaycanlı sürücüsü Gülman B.-nin səbəb olduğu qəza nəticəsində bir tibb işçisi ölüb, üçü isə ağır yaralanıb.

Məhkəmənin qərarı ilə o, 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, qəza 2017-ci ilin dekabrında Çorum-Ankara magistralının 30-cu kilometrliyində baş verib. Gülman B. hadisədən dərhal sonra saxlanılıb.

O, ehtiyatsızlıqdan ölümə və ikidən çox şəxsin yaralanmasına səbəb olma maddəsi ilə ittiham edilib.
    //Oxu.az