Azərbaycanda məktəb formaları ilə bağlı – Yenilikbackend

Azərbaycanda məktəb formaları ilə bağlı – Yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq.
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” Qanunla bağlı çıxışı zamanı deyib. O qeyd edib ki, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb:
“Əvvəllər məktəblər formalarını özləri müəyyənləşdirirdilər. Lakin yeni qanunla bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi bunlardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz”.
Nazir müavini çıxışında onu da qeyd edib ki, yeni qaydalarda həm müəllimlərin, həm də valideynlərin vəzifələrinə yeni müddəalar əlavə olunub:
“Burada müəllimlərin şagirdlər barədə valideynləri davamlı olaraq məlumatlandırması, psixoloqlarla davamlı iş nəzərdə tutulub. Valideynlərlə bağlı müddəalarda mənəvi yetkinlik üçün məsuliyyət daşıma, təhsil müəssisələrinin işgüzar mühitini qorumaq nəzərdə tutulur.
Artıq məktəblərdə fəaliyyət göstərən psixoloqların daha ixtisaslı kadr olmaları planlaşdırılır. Psixoloq ştatının məktəblərdə müəyyənləşməsi lazımdır ki, bununla bağlı da müddəa nəzərdə tutulur. Tutaq ki, min şagirdə bir psixoloq nəzərdə tutula bilər.
Bundan başqa, məktəblərdə mühafizə sistemi ilə bağlı müddəalar var.
Mühafizə sistemi ilə bağlı məlumatlar hazırlanıb 6 ay müddətində təsdiq olunacaq”.