backend

Qadın həkimə getdi, evə qayıdanda öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mingəçevir şəhəri Gəncə prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dünən saat 15 radələrində Mingəçevir şəhəri Gəncə şosesində Müşfiq Yusifovun və Yevlax rayon sakini Rasim İsmayılovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.
Nəticədə M.Yusifovun 65 yaşlı anası Qızpəri hadisə yerində ölüb, digər sərnişini, habelə R.İsmayılov və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Hadisə şəhər sakini Müşfiq Yusifovun anası 65 yaşlı Qızpəri Yusifovanı xəstəxanadan gətirərkən baş verib. Belə ki, oğul səhhətində problemlər olan anasını Göygölə aparıb və burada qadın həkim müayinəsindən keçib. Qadının 40 yaşlı qızı Ülviyyə də onlarla birgə gedib.
Qəza isə günorta saatlarında ana, oğlu və qızı Mingəçevirə qayıdarkən baş verib. Şəhərin girəcəyində Müşfiqin sürdüyü “VAZ 2106”-nın təkəri altından çıxıb və nəticədə avtomobil digər “VAZ”-a çırpılıb. Zərbənin gücündən Qızpəri Yusifova şüşədən çıxaraq yolun kənarına düşüb və hadisə yerində vəfat edib. Ülviyyənin isə 4 qabırğası sınıb, həmçinin baş və boyun nahiyələrindən ağır xəsarətlər alıb.
Qeyd edək ki, qəza vaxtı digər avtomobildəki 2 nəfər də xəsarətlər alıb.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

///Lent.az