backend

32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir”.
Editor.az APA-ya istinadən xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda öz əksini tapıb.
Komitə bəyan edib ki, azərbaycanlı olub-olmamasından asılı olmayaraq, uşaqların müharibədən əziyyət çəkməsi yolverilməzdir: “1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra əlavə olundu. Biz hüquqi dövlət qurmuşuq və bütün məsələlərin hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq. Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edib, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir”.