Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.
qəza ötən gecə Səbail rayonu Şıx qəsəbəsində qeydə alınıb.
Qəza nəticəsində 1966-cı il təvəllüdlü Hüseynov Fikrət Tanrıverdi oğlu qarın nahiyəsinin küt travması və həyat yoldaşı, 1967-ci il təvəllüdlü Hüseynova Rahilə Telman qızı döş qəfəsinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Hazırda hər iki şəxsin vəziyyəti normal qiymətləndirilir.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşalrı cəlb olunublar, qəzanın səbəbləri araşdırılır.
//Trend