Ramil Quliyev İsveçdə növbəti medalını qazandıbackend

Ramil Quliyev İsveçdə növbəti medalını qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı atlet Ramil Quliyev İsveçin paytaxtı Stolkholmda keçirilən Brilyant Liqa yarışının 200 metr yarışlarında növbəti medalını qazanıb.

Türkiyə adından çıxış edən Quliyev finişə 20.40 saniyəyə çatmaqla ikinci olub.

Halbuki o, ötən il bu yarışda 19.22 nəticə göstərərək birinci olmuşdu.

Qeyd edək ki, birinci yeri kanadalı Aaron Braun tutub. O, 20.06 saniyəyə finişə çatıb. Trinidada və Tobaqodan olan Cerim Riçards isə 20.45 nəticə ilə bürünc medal qazanıb.

Yeri gəlmişkən, Aaron Braun Ramil Quliyevi necə qabaqlamasından danışıb:

“Bilirəm ki, 200 metrdə dünyada ən yaxşı start götürənlərdən biriyəm. İlk 100 metri sürətli qaçıram. Mənim rəqiblərim finişə yaxınlaşanda çox güclü qaçırlar. Ona görə də başlanğıcda onlarla aramdakı fərqi yaratdığıma əmin oldum və sonra bu məsafəni qorumağa çalışdım.

Oyun planım belədir. Quliyev güclü finişçidir. O, bir neçə dəfə məni keçib. Amma bu dəfə onunla aramda məsafə qoymağa çalışdım və bunu sonadək qoruyub saxladım”.

//Oxu.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!