Faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərirmişbackend

Faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər Bakı-Sumqayıt yolunda insan tələfatı ilə nəticələnən qəzaya səbəb olan “Ford” markalı mikroavtobus qanunsuz fəaliyyət göstəribmiş.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O, hazırda araşdırma aparıldığını qeyd edib:
“Avtobus “20 Yanvar” – Sumqayıt istiqamətində qeyri-qanuni olaraq fəaliyyətdə olub. Ona görə də proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və ekspert rəyindən sonra açıqlama veriləcək”.
Ş.Mehmanqızı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı və marşrut kartı verilmədiyini qeyd edib:
“Ford Tranzit” markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib”.
///modern.az