Aktyorun qulluqçusu ilə bir gecəlik eşqdən doğulan oğlu – Fotolarbackend

Aktyorun qulluqçusu ilə bir gecəlik eşqdən doğulan oğlu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikalı aktyor Arnold Şvartseneggerin 20 illik qulluqçusu Mildred Baenadan doğulan oğlu özünə çox bənzəyir.

aktyorun nikahdankənar oğlu Jozef Baena Kaliforniyadakı idman salonlarından birində görüntülənib.

21 yaşlı Baenanın atası Arnold Şvartseneggerin gənclik illərindəki fiziki görüntüsünə sahib olduğu diqqətdən yayınmayıb.

Jozef Baena Arnold Şvartseneggerin yanında uzun illər qulluqçu olaraq işləmiş Mildred Baena ilə bir gecəlik əlaqədən dünyaya gəlib. Olayın üstü açıldıqdan sonra 25 ildir Arnold Şvartseneggerlə evli olan Mariya Şriver ondan boşanıb.

Məşhur aktyor o dönəmdə baş verənlərdən “Hər şeyi xatırlayıram: Mənim inanılmaz həyat hekayəm” adlı kitabında bəhs edib.

Şvartsenegger kitabda Jozeflə bağlı bunları yazıb: “Baenanın həyat yoldaşına onun əsl atası olduğunu inandırmağa çalışdım, amma Jozef böyüdükcə mənə olan bənzərliyi ortaya çıxırdı”.