Bakıda özünü 3-cü mərtəbədən atan qız ağır yaralanıbbackend

Bakıda özünü 3-cü mərtəbədən atan qız ağır yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonu, Mirəli Qaşqay küçəsində bədbəxt hadisə baş verib.

Editor.az oxu.az-a istinadən bildirir ki, 21 yaşlı Musayeva Əfsanə Rəşid qızı 3-cü mərtəbədən yıxılaraq ağır kəllə-beyin travması alıb. Onun təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparıldığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, Əfsanə Musayeva Şəmkir rayon sakinidir və Bakıda bacısı ilə birgə yaşayır. O, Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.

Hadisə zamanı Əfsanənin bacısı və rəfiqəsi evdə olub. Onların dediklərinə görə, qonşu otaqda dərs hazırlayarkən qışqırıq səsi gəlib və qızın yıxıldığını görüblər.

İlkin araşdırmalar zamanı Əfsanə Musayevanın özünü 3-cü mərtəbədən atdığı məlum olub.