Tramp yenidən prezidentliyə namizədliyini irəli sürürbackend

Tramp yenidən prezidentliyə namizədliyini irəli sürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp iyunun 18-də Florida ştatında, Orlandoda prezidentliyə ikinci dəfə namizədliyini irəli sürməsini rəsmi elan edəcək.

Editor.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ lideri özünün Twitter hesabında yazıb.

O, Orlandoya həyat yoldaşı Melaniya, vitse-prezident Mayk Pens və ABŞ-ın ikinci ledisi Karen Penslə gələcəyini bildirib və öz tərəfdarlarını bu tarixi görüşdə ona qoşulmağa çağırıb.

Xatırladaq ki, ötən ilin aprel ayında Trampın 2020-ci il üçün prezident seçkiləri kampaniyasına 28 milyon dollardan çox vəsait topladığı məlum olub. O, yenidən prezident seçilmək üçün sənədlərini ABŞ Federal Seçki Komissiyasına 2017-ci ilin 20 yanvarında, yəni özünün inauqurasiyası günü təqdim etmişdi. Analitiklərin sözlərinə əsasən, ona qədər heç bir ABŞ prezidenti belə etməmişdi. Adətən, ölkə liderləri özlərinin seçki kampaniyasına hakimiyyətə gəldikdən iki il sonra başlayırlar.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrın 3-ə planlaşdırılıb.