Ramil Usubov iki nəfəri işdən çıxardı – Saxtakarlıq və nöqsana görəbackend

Ramil Usubov iki nəfəri işdən çıxardı – Saxtakarlıq və nöqsana görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. 

daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev vəzifəsindən azad edilib və sərəncama götürülüb.

Onun işdən azad edilməsinə səbəb işində yol verdiyi nöqsanlar olub.

Nazirin digər əmrinə əsasən, Tovuz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev vəzifəsindən kənarlaşdırılıb.

Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün xidmətdən xaric edilib.

Qeyd edəək ki, hər iki şəxsin yerinə hələki təyinat yoxdur.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadrı cəzalandırıb.

bu ilin yanvar ayında Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polkovnik Əkbər İsmayılov təyin edildikdən sonra idarə daxilində yeniləmə işlərinə başlanılıb.

Bir müddət sonra İdarənin keçmiş fəaliyyətinin araşdırılması üçün nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Nəticədə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə İdarənin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev nazirin əmri ilə vəzifəsindən azad olunub və sərəncama götürülüb.

Qeyd edək ki, bir neçə gün əvvəl Tovuz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

//qafqazinfo