Ticarət müharibəsində Çinin ən güclü silahıbackend

Ticarət müharibəsində Çinin ən güclü silahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin arasında gedən ticarət müharibəsinin kəskinləşməsi fonunda neft bazarlarında gərginlik müşahidə olunub.

Dünya neft bazarında Brent neftinin qiyməti demək olar ki, 70 dollara çatıb, WTI neftinin qiyməti isə 60 dollara düşüb.

Maliyyə bazarları mövcud vəziyyətdən narahatdırlar. S&P 500 indeksi 5% azalıb. Analitiklərin fikrincə, bu azalma davam edə bilər, çünki bazarlar Çinin ticarət müharibəsinə olan reaksiyasının nəticələrini tam olaraq qiymətləndirməyib.

Çin nadir torpaq elementlərinin ixracı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edə bilər, bu isə ABŞ-ın istehsalçılarına zərər verəcək. Belə ki, Çinin dünya bazarındakı payı təxminən 71% təşkil edir. Pekinin Global Times qəzetinin verdiyi məlumata görə, ölkənin Kommunist Partiyasının nümayəndələri ABŞ-ın atdığı addımlara görə peşman olacağını bildiriblər.

Birinci kim təslim olacaq?

Tramp Çinin öhdəsindən gələ biləcəyinə ümid edir. Bəzi analitiklər bu fikir ilə razılaşırlar. İqtisadçı Gary Schilling, Trampın bu müharibədə qalib gələcəyini və ölkənin mövqeyini möhkəmləndirə biləcəyini proqnoz edir.

“Alıcının üstünlüyü və mütləq gücü var. Bu məsələdə ABŞ alıcıdır, Çin isə satıcı”, – deyə o qeyd edir.

Digərləri isə elə hesab edirlər ki, münasibətlərin pozulduğu təqdirdə Çin istehlak malları üçün alıcı tapmaqda çətinlik çəkəcək.

Çin ABŞ üçün əngəllər yaradır

Yuxarıda qeyd edildiyi kimi, Çin nadir torpaq elementlərinin ixracına dair yeni məhdudiyyətlər tətbiq etməyi planlayır. ABŞ-da maye qazın tariflərinin 10%-dan 25%-a qədər artırılması, maye qazın inkişaf elətdirilməsi layihələrə neqativ təsir göstərəcək. Belə ki, energetika sahəsində olan şirkətlərin və iri oyunçuların bir çoxunu Çin maliyyələşdirir.

ABŞ istəyir ki, dünya üzrə maye qazın ən iri istehsalçısı Qatar olsun. Bu kiçik və qaz ehtiyatları ilə zəngin olan ölkə, 2017-ci ildə energetika dünyasını alt-üst edib. Belə ki, həmin dövrdə Qatar sıxlaşdırma gücünü ildə 77 milyon tondan 110 milyon tona qədər artırıb. Bu, qatarın istehsal gücünü 4,8 milyon bareldən 6,2 milyon barelə qədər artırmağa imkan verib.

Qatarla rəqabət aparmaq üçün ABŞ tərəfindən bir sıra layihələr işlənib hazırlanmışdır. Beləliklə, ABŞ tariflərin qalxması təhlükəsindən irəli gələn nəticələri demək olar ki, qabaqlayıb. Yaxın gələcəkdə ABŞ maye qazının istehsalına görə dünyada üçüncü yerə çıxa bilər. 2019-cu il üçün ölkənin ixrac potensialı 8,9 milyard kub fut kimi qiymətləndirilib.