Çempionlar Liqasını izləmək istəyən aparıcının 7 min funt-sterlinqini “atıblar”backend

Çempionlar Liqasını izləmək istəyən aparıcının 7 min funt-sterlinqini “atıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uelsin “Qaller” radiostansiyasının aparıcısı Vinn Evans Madriddə keçirilən UEFA çempionlar Liqası turnirinin final qarşılaşmasını izləmək üçün ödədiyi 7 min funt sterlinqi geri ala bilmir.

məşhur aparıcı aldadılması ilə bağlı xəbərlərə bu cür münasibət bildirib: “Onlayn ödəniş etməklə iki bilet aldım. Lakin dərhal sonra biletlərin mövcud olmadığını dedilər. 14 yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilməyəcəyini söylədi. Mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün onlar bu varianta əl atdılar”.

Qeyd edək ki, finalı izləmək arzusunda olan Vinn Evans daha artıq pul ödəyərək yenidən iki bilet alıb. Lakin aparıcı əvvəl ödədiyi 7 min funt-sterlinq pulu geri ala bilməyəcəyindən qorxur.

//Sia