backend

Ermənistanın Vaşinqtondakı səfirliyinin qarşısında Yerevan vəhşiliyinə qarşı aksiya keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Vaşinqtondakı səfirliyinin qarşısında Azərbaycan vətəndaşları Yerevanın sərhəd kəndlərinin dinc əhalisinə törətdiyi vəhşiliklərə qarşı etiraz aksiyası keçiriblər.
bu barədə aksiya iştirakçılarından biri məlumat verib.
Aksiya iştirakçıları əllərində “Qarabağ – Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsidir”, “Mən Qarabağda öz evimə qayıtmaq istəyirəm” sözləri yazılmış və Ermənistan hakimiyyətinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdiyi vəhşiliklərin foto-faktları olan plakatlar tuturdular.
Həmçinin aksiya iştirakçıları erməni hakimiyyətinə Azərbaycanın dinc əhalisini və körpələrini öldürməyi dayandırmaq haqqında çağırışlar səsləndirirdilər.
//Trend