Stadiona yarıçılpaq çıxan qadın haqda – İnanılmaz faktbackend

Stadiona yarıçılpaq çıxan qadın haqda – İnanılmaz fakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Liverpul” və “Tottenhem” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının final oyununun təşkilatçılığındakı qüsurlar oyun zamanı meydana yarıçılpaq azarkeşin girməsi ilə pik həddə çatıb.

çimərlik geyimində olan fanatın adi şəxs deyil, aktrisa və model Kinsey Volanski olduğu üzə çıxıb. O, hətta bu yaxınlarda lentə alınmış filmdə də oynayıb.

//teleqraf

Stadiona çıxan modelin oğlan dostu Vitali Zdorovetskinin vebsaytını reklam etmək üçün çıxdığı bildirilir. Köynəyin üzərinə saytın ünvanı yazılıb.

Madriddəki oyunun nöqsanları barədə sosial şəbəkələrdə saysız-hesabsı tənqidlər səslənir.

“Men in Blazers” adlı istifadəçi qeyd edib: “Bakı, bağışlayın ki, sizə güldük. Siz oyundakı görüntülər baxımından daha yaxşı idiniz”.

Siyavuş Fallahi isə bunları yazıb: “Bakıdakı stadion Madriddəki oyuna layiqdir, Madriddəki stadion isə Avropa Liqasının final oyununa”.