Azərbaycanlı avtoritet öldü – Yerinə keçəcək namizədlər – FOTObackend

Azərbaycanlı avtoritet öldü – Yerinə keçəcək namizədlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski) 67 yaşında Rusiyada dünyasını dəyişib.

əsasən Sverdlovsk əyalətinə nəzarət edən və “Lotu Quli”nin (Nadir Səlifov) adamı kimi tanınan “vor-zakon”un nəşi qohumları tərəfindən Azərbayana gətirilib və burada dəfn olunub.

Vaqif Kamışlovski uzun müddətdir səhhəti ilə bağlı problem yaşayırdı və kriminal aləmdən, demək olar ki, getmişdi. Heç kimi tanımayan kriminal avtoritetin sağalacağına ümid edən qohumları onun xaricdə müalicəsi üçün pul da yığıblar.

Hazırda Sverdlovsk əyaləti yeni “nəzarətçi”sini gözləyir. Kamışlovskinin yerinə iddialı namizədlər Andrey Vorotnikov, Ağayar Ağayev, Nadir Səlifov və Qiya Sverdlovskidir.

Hələ aprelin ortalarında Kamışlovskinin öz səlahiyyətlərini Andrey Vorotnikova təhvil verməsi üçün hazırlanan “yığıncaq” hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb.

//qafqazinfo