Barselonanın mərkəzində silahlanmış şəxs saxlanılıb

09:19 | 3 İyun, 2019

Pnevmatik silahı olan bir nəfər adam gündüz saatlarında Barselonanın mərkəzində təlaş yaradıb.

bu barədə “El Periodico” qəzeti xəbər verib.

Məlumata əsasən, turistlər Rambla küçəsində şübhəli bir şəxs haqqında polisə xəbər verib. Nəticədə polislər həmin şəxsin axtarışına başlayıb. Saxlanılan zaman o müqavimət göstərib, üç hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb.

Müəyyən edilib ki, həmin şəxs Filippin vətəndaşıdır.

//Trend