Masazırda ağır qəza – 22 yaşlı sürücünün meyitini FHN çıxardıbackend

Masazırda ağır qəza – 22 yaşlı sürücünün meyitini FHN çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.
Editor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qəzada vəfat etmiş sürücü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğludur.