Məşhur futbolçunun ölümünün təfərrüatları açıqlandı – Saatda 237 km sürətbackend

Məşhur futbolçunun ölümünün təfərrüatları açıqlandı – Saatda 237 km sürət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında vəfat etməsinin təfərrüatları bəlli olub.
35 yaşlı sabiq futbolçu Almendralex bölgəsindən Utrerə gedən yolda “Mercedes” markalı maşının idarə etməsini itirib. Buna avtomobilin sürətinin 237 km/saat olan zaman təkərlərdən birinin partlaması səbəb olub. Maşın çox yüksək sürətdə olduğu üçün magistraldan çıxaraq, aşıb və partlayıb. Məşhur futbolçunun əmisi oğlu da qəzada vəfat edib.
“Sevilya” yetirməsi olan Reyes “Arsenal”, “Real”, “Atletiko”, “Benfika”, “Espanyol” kimi klublarda çıxış edib. O, yanvar ayında İspaniya Sequndasında çıxış edən “Ekstremadura” ilə müqavilə imzalamışdı.
/// sportal.az
Facebook Notice for EU! You need to login to view and post FB Comments!