Azyaşlı oğlanı göyərçin tutmaq adı ilə evə gətirdi, zorladı — Biləsuvardakı cinayətin ŞOK TƏFƏRRÜATIbackend

Azyaşlı oğlanı göyərçin tutmaq adı ilə evə gətirdi, zorladı — Biləsuvardakı cinayətin ŞOK TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinərək məhkum olunan Qüdrət Qasımzadə Ali Məhkəməyə müraciət edib.
“Ölkə.Az” xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Fərhad Kərimovun sədrliyi ilə iyun ayının 25-də keçiriləcək.

Qeyd edək ki, ittiham aktında əsasən Qüdrət Qasımzadə yaşadığı Biləsuvar rayonun Bəydilli kəndində 2003-cü il təvəllüdlü Ə.Quliyevə (ad və soyad şərti verilib – red.) qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.
O, azyaşlı ilə ilk dəfə 2016-cı ilin noyabr ayında qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlını aldadaraq yaşadığı evinə gətirən Qüdrət Qasımzadə ona qarşı əxlaqsız hərəkətlər edib, daha sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Növbəti dəfə Qüdrət Qasımzadə azyaşlı ilə 2017-ci ilin yanvarın 29-da qeyri-təbii yolla cinsi əlaqəyə girib. Bu dəfə də o, azyaşlını aldadaraq yaşadığı evə gətirib və ona əxlaqsız hərəkətlər edib.

Zərərçəkmiş Ə.Quliyev məhkəmədə ifadəsində bildirib ki, Qüdrət Qasımzadə onun qonşusudur. Onun sözlərinə görə, Qüdrətin kiçik qardaşı Sərvət Qasımovla dostluq edir, Sərvətlə bütün günü bir yerdə oynayırlar:

“2016-cı ilin noyabr ayının ortalarında küçədə qaz borusunun üstündə oturduğum vaxt Qüdrət məni çağırdı. Bildirdi ki, həyətlərində olan “şəlpə” göyərçini tutmaqda ona köməklik edim. Mənim də “şəlpə” göyərçinlərdən xoşum gəldiyindən, Qüdrətgilin həyətinə keçdim. Ondan göyərçinin harada olmasını soruşdum. Qüdrət mənə göyərçinin evdə olduğunu dedi və məni evə çağırdı”.
Ə.Quliyev daha sonra bildirib ki, evə girən vaxtı Qüdrətin xəstə bacısı Səmayənin (ad şərti verilib – red.) də evdə olduğunu görüb: “Səmayə xəstə olduğundan Qüdrəti görən kimi ondan saqqız istədi. Qüdrət də ona saqqız verərək həyətə çıxmasını dedi. Səmayə həyətə çıxan kimi Qüdrət qapını bağladı. Məni pilləkənlə yuxarı qaldıraraq sol tərəfdə yerləşən otağa saldı. Sonra otağın qapısını bağladı və üstümə cumdu. Zorla mənimlə qeyri-təbi yolla cinsi əlaqədə oldu”.

Zərərçəkmişin ifadəsinə görə, 2017-ci ilin yanvarın 29-da, saat təxminən 17-də Sərvətlə oynamaq üçün onların həyətinə gedib və onu çağırarkən Qüdrət evdən çıxıb: “Qüdrət Sərvətin evdə olmadığını dedi, həmin vaxt kiçik qardaşım da oraya gəldi. Qüdrət qardaşıma çıxıb getməsini, mənə isə bir göyərçin verərək göndərəcəyini dedi. Buna görə də qardaşım oradan getdi. Qardaşım getdikdən sonra Qüdrət həyətdə olan göyərçinlərdən birini anası evə gəldikdən sonra verəcəyini dedi. Anası gələnə kimi məni televizora baxmaq üçün evə apardı. Həmin vaxt evdə heç kim olmayıb. Qüdrət məni evə saldıqdan sonra qapını bağladı və arxadan qucaqlayaraq şalvarımı aşağı saldı. Ona müqavimət göstərsəm də, buna əhəmiyyət vermədi. Mənimlə yenidən qeyri-təbii yolla cinsi əlaqədə oldu”.

Qüdrət Qasımzadə Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qüdrət Qasımzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qüsrət Qasımzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyilə baş tutan prosesdə onun şikayəti araşdırıldıqdan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.