“Qrizmannı yox, Neymarı alın” – Messidən məsləhətbackend

“Qrizmannı yox, Neymarı alın” – Messidən məsləhət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın futbolçusu Lionel Messi Amerika kuboku üçün Argentina millisinin düşərgəsinə yola düşməzdən əvvəl klub rəhbərliyi ilə görüşüb.

Editor.az qol.az-a istinadən xəbər verir ki, görüş vaxtı o, “Atletiko”nun futbolçusu Antuan Qrizmannın Kataloniya təmsilçisinə mümkün transfer ilə bağlı mövqeyini açıqlayıb. Argentinalı hücumçu yenə də fransalı oyunçunun “Barsa”ya keçidinə narazı olub. Çünki Qrizmannın ötən yay Kataloniya klubunun təklifinə baxmayaraq, “Atletiko”da qalmağa qərar verməyi onun xoşuna gəlməyib.

Messi Qrizmannın yerinə PSJ-nin hücumçusu Neymarı komandaya qaytarmağı daha düzgün hesab edib.

Qeyd edək ki, Qrizmann bu yay “Atletiko”dan ayrılacağını yazıb. Onunla “Barselona” və “Mançester Yunayted”in maraqlandığı iddia olunur.