Azərbaycanda ayın görünəcəyi vaxt açıqlandı – RƏSMİbackend

Azərbaycanda ayın görünəcəyi vaxt açıqlandı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramının hansı gün qeyd olunması ilə bağlı ənənəvi suallara aydınlıq gətirib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki, yeni ay 3 iyun 2019-cu il tarixində 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.

Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olur. Odur ki, Azərbaycanın üfüqündə Şəvval ayının Hilalı 4 iyun tarixində – axşam saatlarında 20:20 – 21:06 radələrində gözlə görünəcək.

Qeyd edək ki, bu münasibətlə iyunun 5-i saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.

//Editor.az