Azərbaycanın böyük uğuru, Ermənistana TƏRS ŞİLLƏbackend

Azərbaycanın böyük uğuru, Ermənistana TƏRS ŞİLLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında “Dostluq haqqında xartiya”nı ləğv edib. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.

Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.

Siyasi şərhçi İlqar Vəlizadə açıqlamasında bildirir ki, qərar, ilk növbədə, Fransanın hüquq sisteminin uğurudur:

“Azərbaycan tərəfi də dəfələrələ diqqətə çatdırıb ki, qondarma rejimlə əldə olunan bütün sazişlər boşdur. Amma ölkəmizin bu bəyanatlarına ciddi yanaşılmayıb. İndi məsələyə hüquqi müstəvidən baxanda real mənzərə görünür. Belə ki, ən sadə hüquqi ekspertiza onu göstərir ki, Dağlıq Qarabağdakı qondarma rejimlə hüquqi müstəvidə qurulan əlaqələr cəfəngiyyatdan başqa bir şey deyil. Çünki Dağlıq Qarabağ respublika kimi bir dövlət tərəfindın tanınmayıb. Fransanın özü belə onu tanımayıb. Deməli, burada fəaliyyət göstərən icra strukturları da Fransa tərəfindən tanınmır. Tanımadığı qurumla hüquqi münasibətlərin qurulması da məntiqəuyğun deyil. Ona görə də məhkəmənin bu qərarı qəbul etməsi başadüşüləndir”.

Politoloq qeyd edir ki, bu uğurda Azərbaycan diplomatiyasının da payı var: “Diplomatiyamız Azərbaycan üçün bir baza yaradır. Ona görə ki, bu cür qanun pozuntuları gələcəkdə, ümumiyyətlə, baş verməsin. Azərbaycan diplomatları qondarma rejimlə əlaqə yaratmaq istəyən bütün dövlətlərə və qurumlara bu məhkəmə qərarını əsas gətirəcək və onların bu cür təxribatçı səfərlərin qarşısını ala biləcək”.

//publika.az