Həbib Nurməhəmmədov UFC ilə yeni müqavilə imzalayıbbackend

Həbib Nurməhəmmədov UFC ilə yeni müqavilə imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə imzalayıb.

Qeyd edilir ki, müqavilə bir neçə döyüş üçün nəzərdə tutulub. Müqavilənin digər təfərrüatları açıqlanmır.

Sənəddə kanadalı Jorj Sen-Pyerin UFC-yə qayıdacağı təqdirdə H.Nurməhəmmədovun onunla döyüşmə ehtimalının olmasına dair maddə yer alıb.

//Trend