backend

Lukaşenko Füzuli hadisələrindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 4-də erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində azyaşlı da daxil olmaqla 2 nəfəri ölümü və daha 1 nəfərin yaralanması ilə bağlı təəssüfünü bildirib.
bu barədə Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova “Facebook” səhifəsində qeyd edib.
B.Muradova qeyd edib: “Belarus Prezidenti A.T.Lukaşenko ilə ATƏT PA-nın 26-cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüşümüz zamanı ilk sözü təmas xəttində baş verən insident barədə oldu. Azərbaycanın yüksələn xətlə inkişafını vurğulayan Prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək təəssüfünü ifadə etdi”.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
//Trend