Oreonun çəkilişini edən youtuber həbs edildibackend

Oreonun çəkilişini edən youtuber həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ilin yanvar ayında Barselonada bir imkansız şəxsə içərisində diş məcunu olan Oreo verərkən çəkdiyi videonu paylaşan Kanghua Ren 15 ay həbs cəzasına məhkum edilərək eyni zamanda 20 min avro məbləğində cərimə edildi.

Editor.az chip.az-a istinadən bildirir ki, video sonunda böyük diqqət çəkən Ren yalnız video çəkməsi ilə deyil videoda söylədikləri ilə bir çox insanı qəzəbləndirdi.

“Bəlkə bir az irəli getdim, amma yaxşı tərəfdən baxın. Verdiyim Oreo adamın dişlərini təmizləməsinə kömək edəcək” deyən Ren “Məncə adam kasıb olduğuna görə dişlərini təmizləmir” ifadəsi ilə fikirlərinə davam edib.

52 yaşlı adam verilən şirniyyatı yedikdən sonra, “Daha əvvəl küçələrdə belə pis bir rəftar görməmişdim” deyə bildirib.

Ren cümə günü cəzalandırıldı. The New York Times qəzetinin xəbərinə görə İspaniya Ədliyyə sisteminin qeyri-şiddətli cəzaları səbəbindən həbs olunmayacağı qeyd olunub. Bundan əlavə YouTube kanalının və müxtəlif sosial media hesablarının beş il müddətində bağlanmasına qərar verilib.